Fələstindən İsrailə beynəlxalq məhkəmə xəbərdarlığı

Fələstindən İsrailə beynəlxalq məhkəmə xəbərdarlığı
Want create site? Find Free WordPress Themes and plugins.

Fələstində Ayrı-seçkilik Divarı və Yəhudi Yaşayış Yerləri ilə Mübarizə Şurası İsrailli əsgər, zabit və yük maşını ilə buldozer sürücülərinə, Fələstinlilərə qarşı törətdikləri cinayətlər səbəbilə beynəlxalq cinayət işi açacağı xəbərdarlığı edib.

A24.Az xarici mediaya istinadən xəbər verir ki, şuradan bildiriblər ki, İsrailli əsgər, zabit və yük maşını ilə buldozer sürücülərinə, Şərqi Qüdsdə yerləşən Han el-Ahmer bölgəsindəki dağıtmaq qərarı başda olmaqla Fələstinlilərə qarşı haqların pozulması səbəbindən cinayət törətdikləri üçün beynəlxalq məhkəmələrdə cinayət işi açılacağı qeyd edilib. İsrail Ali Məhkəməsi, may ayında Han el-Ahmer bölgəsində təxminən 190 Fələstinlinin məskunlaşdığı yerlər ilə regiondakı başqa yerlərdən gələn 170 tələbənin təhsil aldığı məktəbin sökülməsinə qərar verdi. Məhkəmənin qərarından sonra iyul ayının əvvəlində İsrail polisinin rəhbərliyi ilə bölgəyə gələn dağıntı briqadası Fələstinin müxtəlif yerlərindən gələn könüllülərlə, bölgədəki xalqının müqaviməti ilə qarşılaşmışdı. Həm beynəlxalq aləmdən gələn reaksiyalar həm də Fələstinlilərin müqaviməti görə İsrail güclərinin dağıntı qərarını həyata keçirə bilməyiblər, İsrail məhkəməsi də bölgə sakinlərinin müraciəti ilə dağıntı qərarını təxirə salmışdı. İsrail Ali Məhkəməsi 5 sentyabrda da Han el-Ahmerdəki dağıntı qərarına edilən etirazı rədd edərək, bölgənin 7 gün ərzində azad edilməsinə və dağıntıların başlaması haqda qərar qəbul etmişdi. Avropa İttifaqı (Aİ) üzvü olan Fransa, Almaniya, İtaliya, İspaniya və İngiltərə də bazar ertəsi günü yaydığı birgə açıqlamalarında, İsrailə, Şərqi Qüds kəndində yerləşən Fələstinli Bədəvilərin yaşadığı Han el-Ahmerdə dağıntıların açılması qərarını nəzərdən keçirməsini istəmişdi.

Orxan Aslanlı // A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar