Fələstinli alimin öldürülməsində İsrail izləri - Mossad

Fələstinli alimin öldürülməsində İsrail izləri – Mossad
Want create site? Find Free WordPress Themes and plugins.

Malayziyanın paytaxtı Kuala Lumpurda öldürülən fələstinli elm adamının cinayət işi ilə bağlı bəzi detallar məlum olub.

 “A24.az” Türkiyə mediasına istinadən xəbər verir ki, aprelin 21-də Malayziyada öldürülən fələstinlik elektrik mühəndisinin hərbi texnologiyanı hazırlamaq üçün Həmas tərəfindən göndərildiyi və İsrailin gizli kəşfiyyatı olan Mossadın hədəfi olduğu bildirilib.

Bir müddətdir Həmasın İsraillə olan müharibəsini geri plana çəkməsi artıq qarşıdurmadan geri çəkildiyi kimi şərh edilmişdi. Lakin Həmasın geri çəkilməsinin pərdə arxasında pilotsuz uçuş aparatı hazırlamaq planının olduğu bildirilib.

Həmas Qəzzadakı elm adamları və mühəndisləri ölkə xaricinə göndərib orda silah texnologiyası üzrə təhsil almalarını təmin edir. Xarici ölkələrdən əldə edilən təhsil və təcrübələr hesabına Həmasın özünün pilotsuz uçuş aparatı və sualtı  qayıqlarını hazırlayaraq İsrailə qarşı mübarizə aparmağa çalışdığı öyrənilib.

Mövzu ilə bağlı danışan kəşfiyyatçılara görə, Batş Həmas üçün silah sistemləri və pilotsuz uçuş aparatı hazırlamaq üçün Malayziyaya göndərilib. Malayziyada akademik karyerasını tamamlamaqla yanaşı, məscidlərdən birində imamlıq edən Batış öldürüldüyü gün akademik konfrans üçün İstanbula gəlməli imiş.

Orta Şərqdə olan kəşfiyyatçı Həmasın araşdırmaçı alimləri təhsil almaq üçün ölkə xaricinə göndərildiyinin İstanbuldan idarə olunduğunu və Batış Həmasın sözügedən layihənin başında olan Maher Salah ilə İstanbulda görüş planlaşdırıldığını söyləyib. Qərbli və orta şərqli kəşfiyyat qaynaqları Batışın Şimali Koreyadan silah almaq üçün də danışıqlar aparacağını da aşkar edib.

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar