Fələstinli rəssamdan möhtəşəm əsər: Ərdoğanın qələbəsini belə qeyd etdi - FOTOLAR

Fələstinli rəssamdan möhtəşəm əsər: Ərdoğanın qələbəsini belə qeyd etdi – FOTOLAR
Want create site? Find Free WordPress Themes and plugins.

Fələstinli rəssam Behə el-Haribi iyunun 24-də Türkiyədə keçirilən prezident seçkilərdə Rəcəb Tayyib Ərdoğanın qələbəsini özünəməxsus şəkildə qeyd edib.

A24.Az xəbər verir ki, rəssam İsrail sərhədi yaxınlığında çəkdiyi nəhəng portretlə Ərdoğanı təbrik edib.

O, “Böyük Qayıdış Yürüşü” aksiyalarının keçirildiyi Qəzzanın Xan Yunis şəhərinin şərqindəki İsrail sərhədində  Türkiyə prezidentinin portretini çəkib.

Uzunluğu 3, eni 1,5 metr olan portret ağ parça üzərində işlənib.

Gazzeli ressamın Erdoğan sevinci

“Anadolu” agentliyinə müsahibəsində gənc rəssam bu əsəri Ərdoğanın seçkilərdə qazandığı uğuru təbrik etmək üçün hazırladığını bildirib.

Türkiyə prezidentinin bütün fələstinlilərin qəlbində yerinin olduğunu göstərmək istədiyini vurğulayan Haribi, “Bu portreti R.T.Ərdoğan dünya liderləri arasında Fələstin məsələsinə ən çox dəstək verən, yanımızda olan və müqəddəs saydığımız dəyərləri müdafiə edən adam olduğu üçün etdim. Onu təbrik edirik, biz onun bizə qarşı tutduğu mövqeyəgörə fəxr edirik”, – deyə əlavə edib.

Rəssam portreti Ərdoğana çatdırmaq istədiyini də qeyd edib.

A24.Az

 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar