A24 Xeber

“Fənərbaxça”- “Beşiktaş” davası bitmək bilmir: Şenol Günəş polisə çağrıldı

“Fənərbaxça”- “Beşiktaş” davası bitmək bilmir: Şenol Günəş polisə çağrıldı
32
25 Aprel 2018 - 14:08

“Fənərbaxça”- “Beşiktaş” derbisiylə bağlı açılan cinayət işi çərçivəsində Şenol Günəş, Tolqa Zəngin, Caner Erkin və Quaresma ifadə üçün bölməyə çağrılıb. 

A24.Az xəbər verir ki, açılan cinayət işi ilə bağlı araşdırmalar davam edir.

Təcrübəli məşqçi və oyunçular zərərçəkən qismində sorğuya çəkiləcək. Sözügedən sorğu “Qalatasaray”- “Beşiktaş” derbisindən sonra baş tutacaq.

Qeyd edək ki,  “Fənərbaxça”- “Beşiktaş” matçının 57-ci dəqiqəsində Şenol Günəşə yad cisim atılıb və məşqçi xəstəxanalıq olub. Yarıda kəslinən oyunun yenidən oynanılıb-oynanılmayacağı yaxın günlərdə bəlli olacaq.

Nərmin Kərim, A24.Az 

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00