A24 Xeber

“Fənərbaxça” kubokdan kənarlaşdırılır

“Fənərbaxça” kubokdan kənarlaşdırılır
34
20 Aprel 2018 - 10:40

“Ziraat Türkiyə Kuboku” çərçivəsində keçirilən “Fənərbaxça”- “Beşiktaş” oyununun yarıda qalması sarı-lacivərdlilərə baha-başa gəlib.

A24.Az xəbər verir ki, oyunun nəticəsi heç-heçə olmasına baxmayaraq “Fənərbaxça”ya  texniki məğlubiyyət verilib.

Məlumatlara görə, “Fənərbaxça” kubokdan da uzaqlaşdırılacaq.

Qeyd edək ki, “Fənərbaxça”- “Beşiktaş” matçının 57-ci dəqiqəsində qonaqların baş məşqçisi Şenol Günəşə yad cisim atılıb. Təcrübəli məşqçinin başı yarılıb və oyun yarıda kəsilib.

Nərmin Kərim, A24.Az 

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00