A24 Xeber

“Fənərbaxça” “Mançester Siti”nin oyunçusunu transfer etmək istəyir

“Fənərbaxça” “Mançester Siti”nin oyunçusunu transfer etmək istəyir
19
06 Aprel 2018 - 17:00

“Fənərbaxça” futbol kulubu “Mançester Siti”nin oyunçusunu transfer etmək üçün hərəkətə keçib.

A24.Az xəbər verir ki, prezident Əziz Yıldırımın  Fil Dişi Sahillərindən olan Yaya Tourenin meneceri Dmitri Seluk ilə görüşdüyü iddia edilir.

Görüşdə müqavilənin şərtləri və müddəti müzakirə olunub. Yaya Toure 34 yaşına gəlmiş olsa da önəmli oyunçu olaraq qalır. Tək problem isə oyunçunun son 2 sezonda az forma geyinməsidir.

 

Nərmin Kərim, A24.Az 

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00