A24 Xeber

“Fənərbaxça”ya Kocamanın yerinə portuqaliyalı məşqçi gətirilir

“Fənərbaxça”ya Kocamanın yerinə portuqaliyalı məşqçi gətirilir
20
25 May 2018 - 11:10

“Fənərbaxça” futbol klubu,  baş məşqçilik postundan istefa verən Aykut Kocamanla,  növbəti sezondan yolları ayıracaq.

A24.Az xəbər verir ki, klubda direktor seçimləri səbəbindən, nəzakət xətrinə istefa verən Kocamanla, işbirliyinə son qoyulacaq.

Kocamanın yerinə isə “Sportinq Lissabon”un 63 yaşlı çalışdırıcısı, Jorji Jezuşun gətiriləcəyi iddia edilir. Təcrübəli məşqçi, bunun üçün meneceri və ortağını İstanbula göndərib.

Jezuşun ortağı açıqlamasında, danışıqlar  üçün İstanbulda olduqlarını etiraf edib.

“Jorji üçün ən yaxşısını düşünürük” – deyə Pedro Moreira dos Santos açıqlamasında bildirib.

Nərmin Kərim, A24.Az 

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00