A24 Xeber

Fərid Hüseynin “Ömür – doğum günü hədiyyəmiz” kitabı təqdim ediləcək

Fərid Hüseynin “Ömür – doğum günü hədiyyəmiz” kitabı təqdim ediləcək
600
09 Mart 2017 - 10:55

Fərid Hüseynin mərhum şair Fərhad Metenin həyat və yaradıcılığı haqqında yeni çapdan çıxmış “Ömür – doğum günü hədiyyəmiz” kitabının təqdimat mərasimi keçiriləcək. Təqdimat 11 mart, saat 14:00-da  Səməd Vurğunun ev muzeyində (Tərlan Əliarbəyov küçəsi 6 – Azərbaycan Dövlət Musiqili Teatrının arxası) baş tutacaq.

Kitabda Fərhad Metenin gündəlikləri, qeyd dəftəri, həyat və yaradıcılığı haqqındatəhlil yazıları, həmçinin onun haqqında söhbətlər, fotolar yer alıb.

Maraqlananlar iştirak edə bilər.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00