Ferrari Mercedes-dən geri qalmır – Fettel günün lideri oldu

Ferrari Mercedes-dən geri qalmır – Fettel günün lideri oldu
Want create site? Find Free WordPress Themes and plugins.

Artıq mövsümöncəsi testlərin sonuna bir gün qalıb və bu gün yeddi sürücü – Sebastyan Fettel, Daniel Rikkardo, Daniil Kvyat, Stoffel Vandorn, Esteban Okon, Kevin Maqnussen və Paskal Verlyayn testlərdəki iştiraklarını yekunlaşdırıblar. Onlar bir də Melburnda sükan arxasına keçəcəklər.

a24.az xəbər verir ki, Verlyayn və Vandorn istisna olmaqla, adı çəkilənn sürücülərdən yerdə qalan beşi xeyli məsafə qət ediblər və üzərlərinə düşən proqramı demək olar ki, tamamlaya biliblər. Səhər sessiyası iki dəfə qırmızı bayraqlarla dayandırılıb. Bunun səbəbi hər iki halda Vandornun maşınında elektron sistemdəki problemlər olub.

Nahardan sonra da sessiya iki dəfə saxlanılıb. Əvvəlcə Daniil Kvyatın maşını beşinci döngədə, daha sonra isə Colion Palmerin maşını onuncu döngədə dayanıb. Kvyat daha sonra trasa qayıtsa da, Palmer üçün test günü başa çatıb.

Ən çox dövrəni Sebastyan Fettel vurub. Alman sürücü həm də səhər UltraSoft təkərlərlə ilk yeddi günün ən yaxşı nəticəsini göstərib – 1:19.024. İkinci Lyuis Həmilton, üçüncü isə Esteban Okon olub.

Barselonada keçirilən mövsümöncəsi testlər sabah yekunlaşacaq…

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Formula1, İdman
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar