A24 Xeber

Sankt Peterburqda keçirilən “Döyüş poladı” festivalında bədbəxt hadisə yaşanıb.

“A24.az” rus mediasına istinadən xəbər verir ki, festival zamanı tank bir neçə ziyarətçinin üzərindən keçib. Həmin anları isə festivalı izləyən Yuriy An mobil telefonuna çəkib və aprelın 30-da “YouTube” kanalında yayımlayıb.

Tədbirin təşkilatçıları ziyarətçiləri Böyük Vətən müharibəsində istifadə olunan tankların əvəzləyiciləri üzərində gəzdirib. Gəzinti zamanı T-60 tankının üzərində olan bir neçə insan müvazinətlərini saxlaya bilməyib və tankın tırtıllarının altına düşüb.

Polislər, festival təşkilatçıları, şəhər orqanları və şahidlər iddia edir ki, tankın altına düşənlər sağ qalıblar. Zərərçəkənlərdən biri qorxuya düşüb, digərinin isə ayağı qırılıb.

Qeyd edək ki, festival bu bədbəxt hadisə ilə tarixə düşüb.

“A24.az” həmin görüntüləri təqdim edir:

A24.az

Sankt Peterburqda keçirilən “Döyüş poladı” festivalında bədbəxt hadisə yaşanıb. “A24.az” rus mediasına istinadən xəbər verir ki, festival zamanı tank bir neçə ziyarətçinin üzərindən keçib. Həmin anları isə festivalı izləyən Yuriy An mobil telefonuna çəkib və aprelın 30-da “YouTube” kanalında yayımlayıb. Tədbirin təşkilatçıları ziyarətçiləri Böyük Vətən müharibəsində istifadə olunan tankların əvəzləyiciləri üzərində gəzdirib. Gəzinti zamanı T-60 […]

Festivalda bədbəxt hadisə – Tank insanların üstündən keçdi – VİDEO

72