İş adamı Əhməd Küçükbaydan maraqlı iddialar

Fəthullah Gülən üçün mülk alındı
Want create site? Find Free WordPress Themes and plugins.

“A24.az”ın məlumatına əsasən, İzmirdə “FETÖ” mühakimələri çərçivəsində həbs edilən məşhur iş adamı Əhməd Küçükbayın, Fəthullah Gülənin Türkiyəyə qayıtdıqda qalması üçün mülk aldığı iddia edildi.

347

Fəthullahçı Terror Təşkilatının (“FETÖ”) 15 iyul qanlı dövlət çevrilişindən sonra aparılan mühakimələr çərçivəsində əvvəl şübhəli şəxs kimi saxlanılan, sonra isə sərbəst buraxılan Egey bölgəsinin məşhur iş adamlarından olan Əhməd Küçükbay, növbəti əməliyyatda yenidən saxlanılaraq həbs edildi.

Küçükbay üçün bəzi iddialar ortaya atıldı. Fəthullah Gülənin mənəvi oğlum dediyi və Pensilvaniyada onunla tez-tez görüşdüyü iddia edilən Əhməd Küçükbayın, Bornova bölgəsində Gülən üçün mülk aldığı deyildi.

061120152251067641051-2-640x360

ABŞ-ın Pensilvaniya əyalətində yaşayan Gülənin bir qədər əvvəl Türkiyəyə gəlməsi üçün alınan mülk tamamilə yenidən təmir  edildi. Geniş həyəti olan mülkün 15 otağı ilə yanaşı qonaq otağı, qonaq salonu, daş sobası və hovuzu olduğu xəbər verildi. Gülənin İzmirdəki pul kassası olduğu iddia edilən Küçükbay, “FETÖ” lideri gəlmədikdə bu evdə ailəsiylə birlikdə qalmağa başladı. Lakin yenə tez-tez xaricə getdiyi irəli sürülən Əhməd Küçükbayın, təşkilatın rəhbərlərilə mühüm görüşlər keçirdiyi də iddia edilir. Küçükbay həbs edilməzdən bir müddət əvvəl İzmirdə regional yayımlanan “Kanal 35” televiziyasının tezlikləri Teleradio Şurası tərəfindən ləğv edilərək yayımı dayandırılmışdı.

 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Din, Foto xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar