Həbs edilən fəthullahçı müəllimin sözləri şok doğurdu

Həbs edilən fəthullahçı müəllimin sözləri şok doğurdu
Want create site? Find Free WordPress Themes and plugins.

Adanada həbs edilən fəthullahçı imam M.D. polisə verdiyi ifadələrində

“A24.az”ın məlumatına əsasən, o, deyib: “Fəthullah Gülən, Peyğəmbərimizdən sonra gələn şəxsdir. O, Qurani Kərimin əskik tərəflərini tamamlayır. Gülən uğrunda həbs edilmək qürurdur”.

Türkiyədə baş verən dövlət çevrilişindən sonra “FETÖ” (Fəthullahçı Terror Təşkilatı) ilə bağlı Adanada aparılan təhqiqatlarda polis, təşkilatın təhsil sahəsindəki müəllimləri sorğu-sual edilib. 13 müəllimin şübhəli şəxs kimi saxlanıldığı əməliyyatda evlərdən çox sayda sənəd əldə edildi, təşkilatın üzvlərinə göndərilən təlimatlar aşkar edildi. Həmin təlimatlarda məktəb söhbətləri, yataqxanalı ev düşərgələri, birlikdə namaz, idman yarışları, elmi kurslar, dostları evə apararaq onları çay süfrəsinə qonaq etmək, qarşılıqlı hədiyyə vermək, səyahətlər təşkil etmək, məktəb müəllimlərini söhbətlərə dəvət etmək vardı.

BN-OY523_USTURK_P_20160717221150

Təşkilatın üzvlərinin evlərində aparılan axtarış zamanı kimin qəzetə nə qədər abunəçi toplaya biləcəyi, nə qədər yardım və qurbanlıq dərisi, eləcə də ət toplamasının da qeyd edildiyi təlimatların olduğu sənədlər aşkar edildi. “Zaman” qəzetinin tirajının artırılması ilə bağlı təşkil edilən “Hədəf 3050” yazılmış kampaniya siyahısının olduğu sənədlərdə, məhəllələrə görə aktiv üzv sayı, qoyulan məqsəd və abunəçilərin sayının yazıldığı qeydlər tapıldı.

Polisin apardığı araşdırmalarda ələ keçirilən sənədlərdən birində isə “Sizin ən xeyirliniz, Quranı öyrənən və öyrədəninizdir” hədisinin, yalnız “Sizin ən xeyirliniz Quranı öyrənəndir” hissəsinin və insanları daha çox cəlb etməklə bağlı yazı diqqəti cəlb etdi. Hədisin əskik yazılmasının, təşkilatın Qurani-Kərimi özlərinə görə şərh edib gənc beyinlərə yeridərək insanları öz tərəflərinə çəkməyə çalışmalarının onların taktikalardan biri olduğu aydın olur.

fethullah-gulen-le-ilgili-flas-gelisme-h54603-a1ed8-640x360

Polis idarəsinə aparılan imamın ifadələri diqqəti cəlb etdi. Terror təşkilatı olan “FETÖ” lideri Fəthullah Gülənə təriflər yağdıran M.D. belə dedi: “Fəthullah Gülən, Peyğəmbərimizdən sonra gələn şəxsdir. O, Quranın əskiklərini tamamlayır. Gülən uğrunda həbs edilmək qürurdur”.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Siyasət, Din, Foto xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar