"Haramı savab etdilər"

“FETÖ” cəmiyyətdəki 3 boşluqdan istifadə etdi”
Want create site? Find Free WordPress Themes and plugins.

Dini İşlər İdarəsinin rəhbəri Mehmet Görməz, Fəthullahçı Terror Təşkilatının (“FETÖ”) cəmiyyətdəki 3 boşluqdan istifadə etdiyini, həmin boşluqların “təhsil, mənəviyyat, güc və nüfuz” olduğunu bildirdi.

“A24.az”ın məlumatına əsasən, Dini İşlər İdarəsinin rəhbəri Mehmet Görməz 15 iyul gecəsi baş verənlərə toxunaraq belə dedi: “15 iyul gecəsi hər bir türk vətəndaşı kimi saat 10-a yaxın xəbərlər aldıq. Bizim vəzifəmiz yalnız namaz qıldırmaq deyil. O gecə böhran masası yaratdıq və məscidlərdə dualar oxutdurduq. Biz bundan əvvəl də dövlət çevrilişləri gördük, acı xatirələrimiz oldu. Lakin bu çevriliş əvvəlkilərə oxşamır, bu, özünü dini camaat adlandıranların rəhbərliyi altında reallaşdırılır. Bu dini mühit, bizim zəkatlarımızı toplayaraq, sədəqələrimizi oğurlayaraq övladlarımızın beynini dəyişdirərək, eləcə də dindən istifadə edərək bu nöqtəyə gəlib çatdı. Şübhəsiz ki, vətəndaş “Dini İşlər İdarəsi nə üçün bizə xəbərdarlıq etmədi?” deyə bilər.

1289464_620x410
Dini İşlər İdarəsi nüfuz sui-qəsdinə məruz qaldı

“FETÖ” təşkilatının fikirlərinin məscidlərə daxil edilmədiyini, lakin bəzi fərdi səhvlərə yol verildiyini qeyd edən Görməz dedi: “Son 3 il ərzində tək qaldığımızı deyə bilərəm. Dini İşlər İdarəsi nüfuz sui-qəsdinə məruz qaldı. Nifaq hərəkatı ilə mübarizə aparmaq çox çətindir. Məlumat sahibi olmaqla alim olmaq bir-birindən fərqli şeylərdir. Bir insanın özünü 40 il cəmiyyətə fərqli şəkildə tanıdaraq “qızıl nəsil yetişdirəcəyəm” vədi verib, gənclərin düşüncəsini dəyişdirib cəmiyyəti ələ alaraq, cəmiyyətin imkanlarıyla alınan silahları cəmiyyətə doğru yönləndirən insanın bu xüsusiyyətlərə layiq olması mümkün deyildir.

00e6794b-e49a-48ac-bdb1-5c8ce50e9d11
“3 boşluğumuzdan istifadə edildi”

Gələcəkdə eyni səhvlərə yol verməmək üçün belə mənfi halları aşkar etməyə çalışacaqlarını deyən Görməz, təşkilatın cəmiyyətdəki 3 boşluqdan istifadə etdiyini bildirdi. Bu boşluqların “təhsil, mənəviyyat, güc və nüfuz” olduğunu qeyd edən Görməz, fikirlərini belə davam etdirdi:

“Nə olduğunu deyil, nə üçün və necə olduğunu düşünməliyik. Bu təşkilat bizim təhsil boşluğumuzdan istifadə etdi. Onlar paralel təhsil yaratdılar. Müxtəlif dünya görüşünə malik insanların uşağını göndərmək məcbriyyətində qaldığı sistem meydana gəldi. İkinci boşluq mənəviyyyat oldu. Cəmiyyət olaraq bu boşluqlarımızı doldurmalıyıq”.

resized_04766-ace86a171
Mehmet Görməz, “FETÖ” təşkilatının hədəflərinə nail olmaq üçün haramları da savab etdiyini bildirdi və belə dedi:

“Himmət (yardım) məfhumunun müəyyən vaxtdan sonra xəraca çevrildiyini gördük. Bu təşkilatın fəaliyyətini davam etdirmək üçün hər cür yoldan istifadə edildi. Məqsədə çatmaq üçün haramı savab etdilər. “FETÖ” əxlaq adı altında əxlaqsızlıq etdi. Tədbir məfhumunda isə hər cür qeyri-əxlaqilik diniləşdirilir. İmtahan suallarını oğurlamaq bütün nəsillərin gələcəyini oğurlamaq və milyonlarla insanın haqqını pozmaqdır”.

fethullah-gulen-le-ilgili-flas-gelisme-h54603-a1ed8-640x360

 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Din, Foto xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar