Yoxsul ölkələrə “yardım” toplanırdı

“FETÖ” təşkilatının çirkin oyununun üstü açıldı
Want create site? Find Free WordPress Themes and plugins.

“A24.az”ın məlumatına görə Türkiyədə “FETÖ” mühakiməsi çərçivəsində saxlanılan, ifadələri alındıqdan sonra çıxarıldıqları məhkəmə tərəfindən həbs edilən Ədliyyə Nazirliyində köməkçi mühakimə heyəti, imtahanlardan necə keçdiklərindən bəhs etdi. Onlar imtahandan əvvəl mətnin özlərinə verildiyini, ilk maaşlarından bir hissəni “yardım və hədiyyə” adı altında “Ədliyyə imamına” verdiklərini etiraf etdi.

1469553840_siaphoto_555701
İmtahandan əvvəl ədliyyə imamı tərəfindən qarşılarına qoyulacaq mətnlərin onlara verildiyini və buna hazırlaşdıqlarını qeyd edən müttəhim Yusuf Gökşen, ifadəsində camaatın yataqxanada iş sistemindən danışarkən, ilk maaşlarından “yardım və hədiyyə” məqsədilə subayların 125, evlilərin isə 100 lirə pul verdiyini bildirdi. Yusuf Gökşen həmçinin, İmam Xətib litseyinin məzunu olduğunu, qaldığı yataqxanada tələbələrə dərs keçərək namaz qıldırdığını qeyd etdi və fikirlərini belə bildirdi:

feto-yurtlari-hazineye-8658778_o
“Mühakimə heyəti üçün keçirilən imtahan üçün bizim kimi hazırlaşan 15 nəfər vardı. Bu zaman ərzində kənardan keç kimlə əlaqə yarada bilmirdik. Bilal adlı bir şəxs yataqxanaya gəlib imtahanda düşəcək 120 mətndən 8-9 mətni işarə etdi və bunlara hazırlaşmağımızı bildirdi. İmtahanda soruşulan mətn, Bilalın bizə dediyi mətnlərdən biri idi. Şifahi görüşə hazırlaşmaq üçün yataqxanaya gəldiyimiz zaman orada bir şəxs bizə, “Sizə dəstək olacağıq, ailəniz də tanıdığı bəzi şəxsləri bura cəlb etsin” dedi. Həmin şəxsin ədliyyə sahəsində işləyən imam Hakan Altun olduğunu sonradan öyrəndim. Şifahi görüşdən sonra Hakan Altun bizə, məmur olduğumuz təqdirdə, ilk maaşın hamısı və ya aylıq 125 lirə yardım olaraq verəcəyimizi bildirdi”.

Əməliyyat çərçivəsində ədliyyə nəzarəti şərtilə sərbəst buraxılan məmur İlyas U. isə camaatın toplantılarında kitab oxunduğunu, namaz qılındığını və Fətullah Gülənin videolarının nümayiş etdirildiyini bildirdi.

iznik-te-feto-teror-orgutunun-yurt-tabelasi-8657549_x_2133_o
İmamların toplantılara kiçik qeydlərlə gəldiklərini və dini məzmunlu mövzularda söhbətlər edildiyini qeyd edən İlyas U. dedi: “Qurumun imamı olan Onur, maaş vaxtı bizdən “yoxsul ölkələrə” yardım məqsədilə hamıdan pul toplayırdı. Əsasən pul vermirdik. Onurun topladığı pulu nə etdiyini bilmirdik. “Zaman” qəzetinə də məni 1 illik abunə etdilər. 17-25 dekabrdan sonra mən onlarla əlaqəmi kəsdim”.

Bu məhkəmədə ədliyyə işçilərindən 17-si həbs edilmiş, 9-u isə ədliyyə nəzarəti şərtilə sərbəst buraxılmışdı. Mühakimələr davam edir.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Din, Foto xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar