Gizli danışıqlar zamanı xüsusi kodlar

“FETÖ” təşkilatının danışıq şifrləri açıldı
Want create site? Find Free WordPress Themes and plugins.

“A24.az”ın məlumatına əsasən, “FETÖ” təşkilatının danışıq və yazışmalarında gizliliyə əhəmiyyət vermək, sirrin açılmaması üçün istifadə etdiyi bəzi kodlaşdırmalar üzə çıxdı. Qurban dərisinə “köynək”, polis imtahanına girəcək tələbələrə “Pelin və Polad”, Fəthullah Gülənin kitablarına “brilyant”, qaydalara tabe olmayanlara “vc” kimi gizli sözlər deyildiyi üzə çıxdı.

-o6-m-g-y-p--640x360

Konyada aparılan “FETÖ” mühakiməsində öz aralarında olan danışıqlarda qurban dərisi üçün “köynək”, çek və sənəd üçün “kağız”, məsləhətləşmə üçün “çay içmə”, polis imtahanına girəcək tələbələr üçün “Pelin və Polad”, Fəthullah Gülənin bütün kitabları üçün “brilyant”, qaydalara tabe olmayanlar üçün isə “vc” kimi kodlardan istifadə edildiyi məlum oldu. Təşkilatda mühasib olan şübhəli A.S, polisə verdiyi ifadəsində böyük pullar xərcləyən təşkilatın mühasiblərinə “A sinfi” deyildiyini bildirdi.

1469553840_siaphoto_555701

A.S, mühasib olduqdan sonra müxtəlif şəxslərdən görəcəyi işin incəliklərini öyrəndiyini bildirərək belə dedi: “Pul verəcək şəxsin adını kiçik qeyd kağızına yazarkən, qarşısına yardım, təqaüd və qurban dərisi üçün işlədilən kodlar yazıldı. Bu mövzuları telefonda danışarkən və qeyd apararkən bizə belə kodlaşdırmağımız tapşırıldı. Himmətə (yardım) “hm”, bursa (təqaüd) “brs”, qurban dərisinə “köynək”, sənəd və çekə “kağız”, məsləhətləşməyə “çay içmə” deyilir və yazılırdı. Polis imtahanlarına girəcək universitet məzunu və tələbələr üçün “pelin”, litsey məzunları üçün isə “polad” kodları işlədilirdi”.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Din, Foto xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar