Övladını geri qaytarmaq istəyənlərə borc tələsi

“FETÖ” valideynləri hədələdi
Want create site? Find Free WordPress Themes and plugins.

 

“A24.az”ın məlumatına görə “FETÖ” təşkilatının 17-25 dekabr dövlət çevrilişindən sonra ABŞ-dakı məktəblərdə oxuyan uşaqlarının göndərilməsini tələb edən ailələrə qarşı çıxdığı və xeyli miqdarda borc ortaya çıxardığı bildirilir.

resized_35ff1-85f555b6son

Fəthullahçı Terror Təşkilatının (“FETÖ”) ağıllı uşaqlarını necə toruna saldıqlarının üstü açıldı. Türkiyənin “Yeni Şafak” qəzeti, “FETÖ” təşkilatının toruna düşən ailə və uşaqları ilə əlaqə yaratdı. Ailələrin dediklərinə görə təşkilat, imtahanlarda yüksək uğur qazanan tələbələri təqib etdi. “FETÖ” təşkilatının müəllimləri, müəyyən etdikləri ağıllı və uğur qazanan uşaqların ailələri ilə tanış olmaq üçün onların evinə getdi. Bu yolla ailələrlə yaxın təmasa keçən təşkilat üzvləri getdikləri ailələrdə, xaricdəki məktəblər haqqında məlumat verərək, ailələri bu məsələdə məlumatlandırdılar.

Məktəblərindən “Yeddiulduzlu” deyərək bəhs edən bu müəllimlər, “Uşaqlarınız Harvard Universitesində oxuyacaq” deyərək ailələrə təsir göstərdilər. Bu üsulla Türkiyənin hər yerindən ən ağıllı uşaqlar Amerikaya aparıldı. Amerikaya təhsil almaq üçün gedən bir çox insanın viza prosesləri günlərlə davam etdiyi halda, “FETÖ” məktəbində təhsil alacaq uşaqlara 3 gün ərzində viza verildi.

resized_232a6-756b2927mansetckopyakopya2

Hakan Şükür və Enes Kanterin uşaqlara təsir etmək üçün təşkilatın evlərində yaşadıqları bildirildi. Bəzi ailələr 17- 25 dekabr dövlət çevrilişindən sonra uşaqlarının geri göndərilməsini tələb etdi. Lakin təqaüd alan uşaqların ailələrinə böyük miqdarda borcları olduğu deyildi. Təbələlərə böyük əmək sərf etdiklərini və həmin uşaqlarla bağlı hədəfləri olduqlarını ailələrə çatdıraraq uşaqları göndərməyəcəklərini bildirdikləri açıqlandı.

685324

Uşaqların bəzisi Türkiyəyə geri qayıtdıqda, “FETÖ” məktəbləri uşaqlarını təqaüdlə oxutduğunu güman edən ailələrə böyük miqdarda borcları olduqları bildirildi. Uşaqlarını “FETÖ” məktəblərindən geri qaytarmaq istəyən ailələrə, “Uşağınız Türkiyədə oxuya bilməyəcək” şəklində məktublar göndərdiyi qeyd edildi.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Din, Foto xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar