Fəttah Heydərov yenidən Ağsaqqallar Şurasının sədri seçildi 

Fəttah Heydərov yenidən Ağsaqqallar Şurasının sədri seçildi
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycan Ağsaqqallar Şurasının VII qurultayı keçirilib.

A24.Az Apa-ya istinadən xəbər verir ki, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev çıxışında bildirib ki, Azərbaycan Ağsaqqallar Şurasında cəmiyyətin müxtəlif təbəqələrini əhatə edən nüfuzlu, müdrik insanlar toplaşıb: “Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsində hər zaman ağsaqqalların xüsusi rolu olub. Ağsaqqallar cəmiyyətdə daim nüfuzu olan şəxslər kimi seçilib. Azərbaycan Ağsaqqallar Şurası çətin dövrdə, 1990-cı ildə yaranıb. Həmin dövrdə belə bir təşkilatın yaranması məntiqi idi. Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra təşkilat ardıcıl şəkildə ölkənin ictimai-siyasi həyatında aktiv iştirak etməyə başlayıb. Həmin dövrdən başlayaraq ölkədə gedən proseslərin tənzimlənməsində Azərbaycan ağsaqqalların rolu daha qabarıq şəkildə özünü göstərir. Müharibə şəraitində yaşayan Azərbaycanda gəncliyin yetişməsində, onun qorunmasında kəsərli ağsaqqal sözü hər zaman vacib olub. Bu gün də Azərbaycanın həyatında ağsaqqalların və onların təşkilatının rolu nəzərə çarpır. Ölkədə dinamik proseslər gedir, ictimai-siyasi həyatda yeniliklər baş verir. Sosial, iqtisadi sahələrdə dərin islahatlar aparılır. Bunların hamısı xalqın gələcəyi üçün edilir. Bütün bu işlərin icrasında ağsaqqalların da böyük rolu var. İnanıram ki, ağsaqqallar dövlətin, xalqın yükünü çiynində aparan insanlar kimi hər zaman öndə gedəcəklər”.

Şuranın sədr müavini, akademik Teymur Bünyadov Azərbaycan prezidenti İlham Əliyev tərəfindən “İstiqlal” ordeni ilə təltif edilməsinə görə Fəttah Heydərovu təbrik edib, bunu ölkə ağsaqqallarının fəaliyyətinə verilən dəyər kimi qiymətləndirib.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə deyib ki, Azərbaycan Ağsaqqallar Şurası ötən 5 il ərzində ölkənin ictimai-siyasi həyatında yaxından iştirak edib.

Qurultayda akademik Əhliman Əmiraslanov, Naxçıvan Ağsaqqallar Şurasının sədri Məmməd Məmmədov və başqa şəxslər çıxış ediblər.

Təşkilatın sədri, Milli Məclisin deputatı F. Heydərov yenidən Azərbaycan Ağsaqqallar Şurasının sədri seçilib.

Qeyd edək ki, F. Heydərov 2013-cü ildə Azərbaycan Ağsaqqallar Şurasının Vl qurultayında təşkilatın sədri seçilib.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar