Want create site? Find Free WordPress Themes and plugins.
Fövqəladə Hallar NazirliyiBakıda tikilməkdə olan yaşayış binasında baş vermiş yanğınla bağlı məlumat yayıb.
A24.Az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, yanğın Bakı şəhəri, Binəqədi rayonunda tikintisi başa çatmamış, hər mərtəbəsi 800 m² olan 12 mərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində baş verib. Nəticədə mərtəbədə quraşdırılmış taxta qəliblər 480 m² sahədə yanıb. Taxta qəliblərin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
A24.Az
Did you find apk for android? You can find new Free Android Games and apps.
Tweet