A24 Xeber

FHN-dən Bakıdakı güclü yanğınla bağlı AÇIQLAMA – VİDEO

FHN-dən Bakıdakı güclü yanğınla bağlı AÇIQLAMA – VİDEO
57
01 May 2018 - 16:31

Bakıda fərdi yaşayış evlərində baş verən yanğınla bağlı məlumat yayıb.

A24.Az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhərinin Nəsimi rayonu ərazisində taxta konstruksiyalardan ibarət, bitişik tikilmiş iki fərdi yaşayış evində (hazırda yaşayış olmayan və sökülməkdə olan) yanğın baş verib.

Hadisə zamanı ölən və xəsarət alan olmayıb.

Ərazidəki digər evlər yanğından mühafizə olunub və yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

———-
13:56

Bakıda Azərbaycan Universitetinin yaxınlığındakı məhəllədə yanğın baş verib.

Bu barədə ərazidə yaşayan Ülviyyə Əli adlı xanım Twitter sosial şəbəkəsindəki profilində məlumat verərək video kadrlar paylaşıb.

Yanğının məhəllədəki həyət evlərindən birində və ya yaxınlıqdakı zibilxana baş verdiyi məlum deyil. Amma yanğının güclü olduğu və bu səbəbdən tüstüsünün çox qatı olduğu bilinir.

Hələlik yanğınla bağlı rəsmi məlumat verilməyib.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00