A24 Xeber

FHN-dən icazə alınmayacaq

FHN-dən icazə alınmayacaq
571
06 Mart 2017 - 22:41

Bakıda Novruz bayramı ilə əlaqədar qurulan bayram yarmarkaları üçün nəzərdə tutulan çadırlar üçün Fövqəladə Hallar Nazirliyindən icazə alınmayacaq.

A24.Az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Bakı Şəhər İcra hakimiyyətinin Xidmət və Ticarət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov bildirib.

Qurum rəsmisi bildirib ki, əsasən metro stansiyalarının qarşısında qurulan çadırlar üçün əlaqədar qurumlarla razılaşdırmaya ehtiyac yoxdur: “Çünki həmin çadırlar elektrik enerjisi ilə təmin edilməyəcək. Yeni il yarmarkalarında havalar soyuq idi, ona görə də həmin çadırların elektrik enerjisi ilə təmin edilməsinə ehtiyac var idi. Amma Novruz çadırları üçün buna ehtiyac yoxdur. Ona görə də, çadırların qurulması üçün Fövqəladə Hallar Nazirliyindən texniki şərt almağa ehtiyac yoxdur. Bakı şəhər İcra hakimiyyətinin razılığı və təşkilatçılığı ilə yarmarka çadırlarının quraşdırılmasına başlanılıb. Artıq paytaxtda 10-a yaxın ərazidə belə çadırlar qurulub. Hazırda metronun “Elmlər Akademiyası”, “Gənclik”, “Nəriman Nərimanov”, “28 may”, “Neftçilər” və digər stansiyaların qarşısında çadırlar artıq quraşdırılıb. Ehtiyac olan halda digər ərazilərdə də bayram çadırları quraşdırılacaq”.

Ə.Bağırov bildirib ki, bayram çadırlarında məhsulların satış qiymətləri bazar qiymətindən ucuz olacaq.

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00