FHN-dən Mingəçevirdəki yanğınla bağlı məlumat

FHN-dən Mingəçevirdəki yanğınla bağlı məlumat
Want create site? Find Free WordPress Themes and plugins.

FHN Mingəçevirdəki “Azərbaycan” İES-dəki qəza ilə bağlı məlumat yayıb.

“A24.az”ın nazirliyin saytına istinadən xəbərinə görə, məlumatda bildirilir:

“3 iyulda saat 00:20-də Mingəçevir şəhərində yerləşən “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin açıq paylayıcı qurğular stansiyasının transformatorunda və 6-cı enerji blokunda yanğınla nəticələnən partlayış hadisəsi baş vermişdir. Yanğın hadisəsi baş verəndən 4 dəqiqə sonra Dövlət Yanğından Mühafizə Xidmətinin ilk yanğın bölmələri yanğının söndürülməsi işlərinə başlamışdır. Obyektin əhəmiyyəti nəzərə alınaraq yanğının söndürülməsi üçün “3 saylı çağırış” elan olunmuş, 11 yanğınsöndürmə texnikası və 50 nəfərdən çox şəxsi heyət cəlb edilmişdir.

Açıq paylayıcı qurğular stansiyasında transformatorda baş verən yanğın saat 00:52-də, 6-cı enerji blokunun qazanxana qurğusundakı yanğın isə saat 01:10-da yanğın bölmələri tərəfindən söndürülmüşdür. Stansiyanın turbinləri və digər qurğular yanğından mühafizə olunmuşdur.

Yanğın zamanı xəsarət alan olmamışdır”.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar