FHN əhaliyə xəbərdarlıq etdi: Bunları bilməyiniz vacibdir - VİDEO

FHN əhaliyə xəbərdarlıq etdi: Bunları bilməyiniz vacibdir – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Fövqəladə Hallar Nazirliyi (FHN) Novruz bayramında yanğın təhlükəsizliyi ilə əlaqədar əhaliyə müraciət edib.

“A24.az” bildirir ki, FHN-in mətbuat xidmətindən verilən məlumata görə, müraciətdə deyilir: “Hər birimiz üçün əziz olan Novruz bayramı ilə əlaqədar keçirilən müxtəlif mərasimlərdə yanğın təhlükəsi ilə üzləşməmək üçün bir sıra təhlükəsizlik qaydalarını bilmək vacibdir.

Bayram tonqalının ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində olmalı, tonqal elektrik naqili, ağac, avtomobil, ev və digər yanar materiallardan kənarda yandırılmalı, tonqal tam sönənədək nəzarətdə saxlanılmalı, yandırılan şamlar nəzarətsiz qalmamalıdır.

Tonqal üzərindən atılarkən ehtiyatsızlıq geyimin alışmasına, bədənin xəsarət almasına səbəb ola bilər”.

Müraciətdə təhlükə zamanı 112-yə zəng etmək tövsiyə olunur.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm, Video Xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar