A24 Xeber

FHN Nabranda itən və sonradan tapılan azyaşlı ilə bağlı məlumat yaydı

FHN Nabranda itən və sonradan tapılan azyaşlı ilə bağlı məlumat yaydı
45
24 İyul 2018 - 8:45

İyulun 22-də Xaçmaz rayonunun Nabran qəsəbəsində naməlum şəraitdə itkin düşmüş 2015-ci il təvəllüdlü Novruzov İsmayıl Elçin oğlunun axtarışları başa çatıb.

“A24.az”ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, İ.Novruzov axtarış aparılan ərazidə tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, axtarışlara Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin, Mülki müdafiə qoşunlarının, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin şəxsi heyəti və xüsusi təlim keçmiş itləri, Aviasiya dəstəsinin “Mi-17” helikopteri (ümumilikdə 85 nəfər), habelə Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti və xüsusi təlim keçmiş itləri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları və könüllülər cəlb olunub.

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00