FHN-nin əməkdaşı dünyada ikinci oldu

FHN-nin əməkdaşı dünyada ikinci oldu
Want create site? Find Free WordPress Themes and plugins.

İdmançılarımız son illər, demək olar ki, bütün növlər üzrə keçirilən yarışlarda yüksək nəticələr əldə edirlər.

A24.Az Milli.Az-a istinadən  xəbər verir ki, belə uğurlu nəticələr əldə edənlər sırasında Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının da adları var. Onlardan biri Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı Rüstəm İlham oğlu Müslümovdur.

R.Müslümov bu il martın 13-də keçirilən Şərq Döyüş Növləri Federasiyaları Şurasının, Gənclər və İdman Nazirliyinin razılığı və təşkilatcılıqı ilə “Kempo” döyüş növü üzrə 8 – ci ənənəvi Azərbaycan çempionatında 80 kiloqram çəki dərəcəsində yarışaraq bütün görüşlərində qələbə qazanıb və ikiqat Azərbaycan çempionu adına layiq görülüb.

O, bu uğurunu aprelin 15-də respublikamızda keçirilmiş beynəlxalq “grappling team” turnirində də davam etdirib və qalibi olaraq Macarıstanın paytaxtı Budapeşt şəhərində “Kempo” əlbəyaxa döyüş növləri üzrə 15-ci Dünya cempionatına vəsiqə qazanıb.

Nəhayət, idmançımız aprelin 28-də dünyanın 70-ə yaxın ölkəsinin idmançılarının qatıldığı Budepeşt turnirində Azərbaycanı layiqincə təmsil edərək finala yüksəlib. Yalnız finalda məğlub olan Rüstəm Müslümov gümüş medal qazanıb və dünya ikincisi olub.

Bununla Rüstəm həm də ikiqat dünya mükafatçısı olub.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
İdman
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar