FİA yarış zamanı Fettelin hücumunu araşdırır

FİA yarış zamanı Fettelin hücumunu araşdırır
Want create site? Find Free WordPress Themes and plugins.

Keçən bazar günü ölkəmizdə baş tutan yarış zamanı Təhlükəsizlik Maşını rejiminin sonunda Sebastyan Fettel əsas rəqibi Lyuis Həmiltonla iki dəfə toqquşmuşdu – Ferrari-nin sürücüsü əvvəlcə sürətini kəskin azaldan Lyuisə arxadan çırpılmış, sonra isə yanına gələrək qəsdən qırmızı maşınını rəqibin gümüşü maşınına vurmuşdu.

A24.az F-1.az-a istinadən bildirir ki, məhz qəsdən etdiyi ikinci hərəkətinə görə dördqat dünya çempionu yarışın gedişində 10 saniyəlik Stop&Go (dayan və get) cəzası almaqla yanaşı, yarışdan sonra da aktivinə 3 cərimə balı qazanmışdı. Bir qədər əvvəl isə məlum olub ki, FİA həmən insidenti təkrar araşdırmaq qərarına gəlib.

Federasiyanın rəsmi saytında yayılan relizdə deyilir: “Sebastyan Fettel və Lyuis Həmilton arasında Azərbaycan Qran Prisinin gedişində baş verən toqquşmadan sonra FİA insidenti ətraflı araşdıracaq və bazar ertəsi, yəni iyulun 3-də araşdırmaların davam etdirilməsini dəyərləndirəcək.

İlkin araşdırmanın nəticəsi isə Avstriya Qran Prisinədək dərc olunacaq.”

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Formula1, İdman
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar