A24 Xeber

FİDE yeni reytinqini açıqladı: Şəhriyar mövqeyini qorudu

FİDE yeni reytinqini açıqladı: Şəhriyar mövqeyini qorudu
23
31 May 2018 - 17:37

Beynəlxalq Şahmat Federasiyası (FİDE) 2018-ci ilin iyun ayı üçün yeni reytinq cədvəlini açıqlayıb.

A24.Az xəbər verir ki, reytinqdə 2843 xalla dünya çempionu Maqnus Karlsen 1-ci sırada qərarlaşıb.

FİDE İddiaçılar turnirinin qalibi, amerikalı Fabiano Karuana isə 2816 xalla 2-ci yerdədir. Həmyerlimiz Şəhriyar Məmmədyarov yeni reytinqdə 2808 xalla 3-cü pillədə qərarlaşıb.

Bundan əlavə, Teymur Rəcəbov bir pillə geriləyərək 2751 xalla 16-cı, üç pillə geriləyən Rauf Məmmədov 2708 xalla 33-cü sıranı tutub.

A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00