FİFA Dünya Kuboku sabah xüsusi təyyarə ilə Bakıya gətirilir

FİFA Dünya Kuboku sabah xüsusi təyyarə ilə Bakıya gətirilir
Want create site? Find Free WordPress Themes and plugins.
FİFA Dünya Kuboku sabah səhər saatlarında xüsusi təyyarə ilə Bakıya gətiriləcək.
A24.Az  xəbər verir ki, bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiyasiyası (AFFA) məlumat verib.
“FIFA Dünya Çempionatı Kubokunun Turu” 2017-ci ilin sentyabrında Rusiyada start götürüb. Bu turne altı qitədən 50-dən çox ölkəni əhatə edəcək və 9 ay ərzində 126 min km keçərək yolunu futbol üzrə 2018-ci il dünya çempionatında başa vuracaq.
FIFA Dünya Kuboku sabah Heydər Əliyev Beynəlxalq Aeroportuna gətirildikdən sonra “Gənclik Mall” ticarət mərkəzinə aparılacaq və burada şəhər sakinləri və qonaqlar dünya çempionatının əsas mükafatı ilə şəkil çəkdirə biləcəklər.
A24.Az 
Did you find apk for android? You can find new Free Android Games and apps.
 
İdman
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar