Fikrət Qoca qətlə yetirilən oğluna şeir yazdı: "Oğluma sonuncu layla"

Fikrət Qoca qətlə yetirilən oğluna şeir yazdı: “Oğluma sonuncu layla”
Want create site? Find Free WordPress Themes and plugins.

Xalq şairi Fikrət Qoca bir neçə gün öncə qətlə yetirilən oğluna şeir həsr edib.

A24.Az xəbər verir ki, şair mərhum oğlu Yalçın Qocayevə yazdığı şeirin adı “Oğluma sonuncu layla”dır.
Həmin şeiri təqdim edirik.

Mən səni qorudum uşaqlığından,
Mən səni qorudum cavanlığından,
Qorudum səni mən baba olunca
Demirəm izlədim, gəzdim dalınca…
Bu sözü atalar deyib əzəldən:
” Ac qarın özünü verər qılınca”.
Bəlkə yaxşı ata ola bilmədim
Səni öz əlindən ala bilmədim.
Sən öldün, amma mən ölə bilmədim.
İndi yaşayıram qalan vaxtımı.
Yaşamaq…Yəni bu yaşamaqdımı?…

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar