Fikrət Qocanın oğlunun öldürüldüyü yerdən dəhşətli görüntülər - FOTOLAR

Fikrət Qocanın oğlunun öldürüldüyü yerdən dəhşətli görüntülər – FOTOLAR
Want create site? Find Free WordPress Themes and plugins.

Xalq şairi Fikrət Qocanın oğlu 54 yaşlı Yalçın Qocayevin qətli ilə bağlı bəzi məqamlar üzə çıxıb.

A24.Az lent.az -a istinadla xəbər verir ki, Y.Qocayev martın 11-nə keçən gecə dostları ilə Vətən Müharibəsi Veteranlar Birliyinin Nəsimi rayonu ərazisindəki şöbəsinin inzibati binasında yeyib-içib. Gecə saat 02 radələrində onlar arasında dava düşüb. Bu zaman Sabirabad sakini olan Elnur Nəhmədov Yalçın Qocayevi döyüb, Sumqayıt sakini Ruslan Məmmədov isə onun başına butulka ilə zərbə endirib. Zərbənin təsirindən güclü qanaxma başlayıb. Onlar qanxmanın qarşısını almağa çalışıblar, lakin artıq gec olub.

İlkin məlumatda da həmin şəxslər Yalçın Qocayevin yıxılaraq xəsarət aldığını deyiblər. Lakin sonrakı araşdırmalar nəticəsində şairin oğlunun qəsdən öldürüldüyü məlum olub.
Qonşuluqda yaşayan şəxslər bildiriblər ki, həmin ofisdə tez-tez içki məclisləri təşkil edilirmiş. Ofisdəki çoxsaylı araq butulkaları, kartlar və digər əşyalar da həmin məkanda məclislərin təşkil edildiyini göstərir. Hadisə vaxtı masanın üstündəki araq şüşəsi və digər qidalar, həmçinin qanlı dəsmal hələ də yerində idi.

Bildirilir ki, Y.Qocayevin evi həmin ofisə yaxınlıqda yerləşir və tez-tez bura gəlib-gedir, gecələr kart oynayırlarmış. Onun qeyri-sağlam həyat tərzi keçirən bəzi insanlarla münasibətinin olması atası, xalq şairi Fikrət Qoca ilə münasibətlərinin korlanmasına da səbəb olub.

Yalçın Qocayevin oğlu atasının öldürülməsinə inanmır. “Hər şeyin istintaq nəticəsində məlum olacaq. Fikrət Qoca necə deyirsə, elədir. Hər şey məhkəmədə üzə çıxacaq”.
Hadisə yerindən çəkilmiş fotoları təqdim edirik:

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Kriminal
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar