A24 Xeber

Fiziki məhdudiyyətli şəxslərə kömək üçün İşçi Qrupu yaradıldı

Fiziki məhdudiyyətli şəxslərə kömək üçün İşçi Qrupu yaradıldı
45
01 May 2018 - 18:56

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin əmri ilə nazirlikdə əlilliyin qiymətləndirilməsi ilə bağlı proseslərin təkmilləşdirilməsi, həmçinin müvafiq elektron sistemlərin imkanlarının genişləndirilməsi vasitəsilə vətəndaşların narazılığına səbəb olan halların aradan qaldırılması, əlilliyi olan şəxslərin reabilitasiyası və onların cəmiyyətə inteqrasiyası ilə bağlı zəruri işlərin görülməsi məqsədilə İşçi Qrupu yaradılıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən A24.Az-a verilən məlumata görə, bu gün keçirilən iclasda S.Babayev yeni yaradılan İşçi Qrupunun vəzifələrini müəyyən edib:

Nazir bildirib ki, İşçi Qrupu əlillik təyinatlarının monitorinqinin həyata keçirilməsi istiqamətində Səhiyyə Nazirliyinin müvafiq İşçi Qrupu ilə birgə iş aparacaq.

İşçi Qrupu Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”yə və “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə dəyişikliklər edilməsi barədə təklifləri hazırlayacaq.

Bundan əlavə, dövlət səhiyyə müəssisələri tərəfindən rəsmiləşdirilən göndərişlərin TSERAS-a ötürülmədən öncə Səhiyyə Nazirliyinin müvafiq məlumat bazaları ilə qarşılaşdırılması mexanizmi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Səhiyyə Nazirliyi arasında elektron məlumat mübadiləsinə dair sazişə əlavələr edilməsi, əlillərin bərpa mərkəzlərinin inkişafı üzrə konsepsiya layihəsi barədə təkliflər də İşçi Qrupu tərəfindən hazırlanmalıdır.

Qeyd edək ki, nazir müavini Natiq Məmmədovun rəhbəri olduğu İşçi Qrupuna nazirliyin müvafiq şöbələrinin və nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin əməkdaşları daxildir.

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00