“Forbes” məşhurların qazancını açıqladı - SİYAHI

“Forbes” məşhurların qazancını açıqladı – SİYAHI
Want create site? Find Free WordPress Themes and plugins.

“Forbes” dünyanın ən çox qazanan məşhur simalarının sıralamasını hazırlayıb.

A24.Az APA-ya istinadən xəbər verir ki, ilk “onluq”da Lionel Messi və Kriştiano Ronaldoya da yer tapılıb.

“Barselona”nın ulduzu 111 milyon dollarlıq gəliri ilə 8-ci, “Real”ı “Yuventus”u dəyişən Kriştianu Ronaldo (108 milyon) isə 10-cudu. Sıralamaya 285 milyon dollarlıq qazancı ilə məşhur boksçu Floyd Meyvezer başçılıq edir. O, təkcə Konor MakQreqorla döyüşdən 275 milyon dollar gəlir əldə etmişdi.

İkinci pillədə aktyor Corc Kluni (239 milyon) qərarlaşıb. İlk üçlüyü isə model Kayli Cenner (166,5 milyon) qapayır.

 1. Floyd Meyvezer – 285 milyon dollar

2. Corc Kluni – 239 milyon

3. Kayli Cenner – 166,5 milyon

4. Cudi Şeyndlin – 147 milyon

5. Dueyn Conson – 124 milyon

6. U2 – 118 milyon

7. Coldplay – 115,5 milyon

8. Lionel Messi – 111 milyon

9. Ed Şiran – 110 milyon

10. Kriştianu Ronaldo – 108 milyon

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Maraqlı
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar