A24 Xeber

“Formula 1” 2019-un keçiriləcəyi vaxt uzadılacaq

“Formula 1” 2019-un keçiriləcəyi vaxt uzadılacaq
49
09 İyun 2018 - 18:56

Beynəlxalq Avtomobil Federasiyası təqdim olunan təqvim layihəsini təsdiq edərsə, 2019-cu ildə Formula 1 çempionatı 1963-cü ildən başlayaraq ilk dəfə dekabr ayınadək uzadılacaq.

A24.Az “Racefans”a saytına istinadla xəbər verir ki, layihəyə əsasən, mövsümü martın 17-də Avstraliya Qran-Prisi açacaq, sonra Formula 1-in tarixində 1000-ci avtoyürüşədək – Çin Qran-Prisinədək ikihəftəlik fasilə olacaq.

Almaniya Qran-Prisinin gələcəyinə zəmanət verilməməsinə baxmayaraq, mövsümün qalan hissəsi praktik olaraq, 2018-ci ilin təqvimi ilə tam üst-üstə düşür. Əbu-Dabi final yürüşünün keçirilmə vaxtı dekabr ayına keçiriləcək. Mayami Qran-Prisinin ehtimal olunan debütü nəzərə alınaraq, oktyabr ayında genişlənmə əmələ gəlib.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00