"Formula 1 Azərbaycan Qran-Prisi"nin yekun yarışı başladı

“Formula 1 Azərbaycan Qran-Prisi”nin yekun yarışı başladı
Want create site? Find Free WordPress Themes and plugins.

Bu gün Formula 1 Azərbaycan Qran-Prisinin yekun yarışı başlayıb.

“A24.az”ın məlumatına görə, günə saat 13:10-da 21 dövrədən ibarət “Formula 2” yarışları ilə start verilib.

Sonra əsas yarışda – Formula 1 Azərbaycan Qran-Prisində mübarizə aparacaq pilotların paradı və açılış mərasimi olub.

Azərbaycanın dövlət himninin səsləndirilməsindən sonra saat 16:10-da 51 dövrədən ibarət Qran-Pri başlayıb.

Ötən gün keçirilmiş sıralanma yürüşündən sonra Qran-Pridə pilotların düzülüşü müəyyənləşib. Həlledici mərhələnin start düzülüşü aşağıdakı kimi olacaq: Sebastian Fettel (“Ferrari”), Luis Hamilton, Valtteri Bottas (hər ikisi “Mercedes”), Daniel Rikkardo, Maks Ferstappen (hər ikisi “Red Bull Racing”), Kimi Raykonnen (“Ferrari”), Esteban Okon, Serxio Peres (hər ikisi “Force India”), Niko Hulkenberq, Karlos Sainz (hər ikisi “Renault”), Lans Stroll, Sergey Sirotkin (hər ikisi “Williams”), Fernando Alonso (“McLaren”), Çarles Lekler (“Sauber”), Kevin Maqnussen (“Haas”), Stoffel Vandurn (“McLaren”), Pyer Qasli (“Toro Rosso”), Markus Eriksson (“Sauber”), Brendon Hartli (“Toro Rosso”) və Roman Qrojan (“Haas”).

Xatırladaq ki, 2016-cı ildə Bakıda keçirilən Formula 1 Avropa Qran-Prisinin qalibi “Mercedes”in almaniyalı pilotu Niko Rosberq olub. Ötən il isə Formula 1 Azərbaycan Qran-Prisi “Red Bull Racing” komandasının avstraliyalı sürücüsü Daniel Rikkardonun qələbəsi ilə başa çatıb.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Formula1, Gündəm, İdman
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar