A24 Xeber

“Formula 1″in 2017-ci il mövsümü hansı kanalda yayımlanacaq?

“Formula 1″in 2017-ci il mövsümü hansı kanalda yayımlanacaq?
605
31 Mart 2017 - 18:08

Ölkəmizin “Formula 1” azarkeşləri mövsümün ilk yarışını xarici kanallardan izləsələr də, mövsümün ikinci yarışından başlayaraq yerdə qalan 19 yarış “İdman Azərbaycan” kanalında yayımlanacaq.

“A24.az”F-1.az”a istinadla xəbər verir ki, 20 yarışın yer aldığı 68-ci dünya çempionatının təqvimində Bakıda baş tutacaq Azərbaycan Qran Prisi də var. Milli yarışımız iyunun 23-dən 25-dək doğma Bakımızın küçələrində keçiriləcək.

Telekanaldan verilən məlumata görə, yarışların yayım hüququ telekanal tərəfindən alınıb və azarkeşlər bu yarışlara yenə də “İdman Azərbaycan” kanalında, 2010-cu ildən bu yarışların kanalda şərhçiləri Siyavuş Əliyevlə Rəhim Əliyevin təqdimatında baxa biləcəklər.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00