Formulada yeni sürücümüz debüt edə bilər (video)

Formulada yeni sürücümüz debüt edə bilər (video)
Want create site? Find Free WordPress Themes and plugins.

Cavidan Əlizadə testlərdə iştirak etmək üçün Malayziyanın Sepanq trasına yollanıb və məşqçilərin onun barəsində ilkin rəyi müsbətdir.

 A24.Az bildirir ki, 22 yaşlı həmyerlimiz Cavidan Əlizadə kartinq yarışlarında bir neçə qələbə qazandıqdan sonra təcrübəsini artırmaq üçün Malayziyaya yollanıb. Kuala Lumpurda Asiya Avtoidman Federasiyasının başçısı Peter Tomsonla görüşən Cavidan F4 Asia seriyasının testlərində iştirak etməyə dəvət olunub. Dünənki testlərdən sonra Cavidan saytımıza eksklüziv müsahibə verib…

Cavidan Əlizadə: “Əslində Avropada təcrübəmi artırmağı düşünürdüm. Amma keçən ilin noyabrında Bakıda səfərdə olan Daniel Rikkardo ilə görüşüm zamanı onun dəyərli məsləhətinə qulaq asmağı qərara aldım. Daniel mənə Asiyaya və ya Avstraliyaya üz tutmağı məsləhət gördü. Mən də internetlə axtardım, cənab Tomsonla əlaqə qurdum və dəvətini qəbul edərək, Kuala Lumpura gəldim.

Fiziki hazırlığımı yoxladılar və çox razı qaldılar. Dünən isə trasda ilk testlərə qatıldım. Elə ilk cəhdimdən maşına dərhal öyrəşdim. Hər dövrə nəticələrimi də yaxşılaşdırdım. Hazrda mühəndislərlə iş prinsipini öyrənirəm. Əgər normal nəticələr göstərsəm, böyük ehtimalla bu seriyada yarışacam.

Əlbəttə, hər bir sürücü kimi mən də nə vaxtsa ölkəmizi Formula1-də təmsil etmək barədə düşünürəm…”

Xatırladaq ki, əvvəlki iki mövsümdə Azərbaycanı F4 və F3 seriyalarında təmsil edən Gülhüseyn Abdullayevin karyerasının davamı barədə hələlik heç bir məlumat yoxdur…//F-1.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
İdman
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar