A24 Xeber

Fransa BMT Təhlükəsizlik Şurasına Suriya ilə bağlı yeni qətnamə layihəsi təqdim edəcək

Fransa BMT Təhlükəsizlik Şurasına Suriya ilə bağlı yeni qətnamə layihəsi təqdim edəcək
32
14 Aprel 2018 - 22:37

Fransa yaxın zamanlarda ABŞ və Britaniya ilə birlikdə BMT Təhlükəsizlik Şurasına Suriya ilə bağlı yeni qətnamə layihəsi təqdim etməyə hazırlaşır.

A24.Az TASS-a istinadən xəbər verir ki, bu barədə BMT Təhlükəsizlik Şurasının təcili iclasında bu ölkənin beynəlxalq təşkilatdakı daimi nümayəndəsi Fransua Delattr bildirib.

Onun sözlərinə görə, Fransanın Suriya dosyesi üzrə dörd prioriteti var. Bunlar bilavasitə Suriya xalqının və beynəlxalq ictimaiyyətin maraqlarına uyğundur.

Diplomat qeyd edib ki, rəsmi Paris Suriyada kimyəvi silahın tətbiq edilməsi hadisəsini araşdırmaq üçün müstəqil, beynəlxalq mexanizmin yaradılmasını, bu ölkənin kimyəvi proqramının tamamilə ləğvini tələb edir, terrorizmin tamamilə məhvi uğrunda çıxış edir. Fransa habelə Suriyada dərhal barışığın əldə olunmasını, ölkə əhalisinə humanitar yardımların çatdırılmasına çıxışın təmin olunmasını, nəhayət BMT-nin himayəsi altında siyasi tənzimlənmə üzrə prosesin yenilənməsini tələb edir.

A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00