A24 Xeber

Fransa prezidenti: Avropa İttifaqı yeni ölkə qəbul etməməlidir

Fransa prezidenti: Avropa İttifaqı yeni ölkə qəbul etməməlidir
39
17 Aprel 2018 - 21:55

Avropa İttifaqı üzvlüyə yeni ölkələr qəbul etməməlidir, o vaxta kimi ki, İttifaqa daxil olan 28 ölkə içərisində inteqrasiya və əsaslı islahatlar aparılana qədər.

A24.Az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron bildirib.

Onun sözlərindən belə aydın olur ki, Makron Qərbi Balkan ölkələrini də avropa layihəsinə daxil etmək istəyir.

“Hazırda bunun vaxtı deyil, hər hansı bir ölkə Aİ-yə üzv olsun. Mən genişlənmənin tərəfdarıyam, ancaq əvvəl bizim Avropanın islahatlar həyata keçirməsi lazımdır. Mən istəmirəm ki, balkanlılar Türkiyə və ya Rusiya tərəfə üz tutsunlar. İstəmirəm ki, Avropa çətinliklə 28 ölkəsi ilə qalsın, sabah 27 ölkə də ola bilər. Qərar verdim ki, biz 30-32 üzvə qədər arta bilərik”, – deyə E.Makron əlavə edib.

Orxan Aslanlı // A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00