A24 Xeber

Fransa prezidentinin çıxışı zamanı 2 nəfər snayperlə vurulub

Fransa prezidentinin çıxışı zamanı 2 nəfər snayperlə vurulub
581
01 Mart 2017 - 8:45

Fransanın Şaranta departamentində prezident Fransua Ollandın iştirakı ilə keçirilən tədbirdə baş verən silahlı insident nəticəsində iki nəfər yaralanıb. 

“A24.az”ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, tədbirdə təhlükəsizliyi təmin edən snayperin xidməti silahından təsadüfən atəş açılıb, nəticədə iki nəfər yaralanıb.

İnsident Fransua Ollandın Tur və Bordo şəhərlərini birləşdirəcək yüksəksürətli qatarlar üçün yeni dəmiryolu xəttinin açılış mərasimində çıxışı zamanı baş verib.

“Ümid edirəm, qorxulu heç nə baş verməyib” – deyə Olland atəş eşidərək bildirib.

Yaralılar xəstəxanaya yerləşdiriliblər. Araşdırma aparılır.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00