Fransa və İran prezidentləri arasında telefon danışığı olub

Fransa və İran prezidentləri arasında telefon danışığı olub
Want create site? Find Free WordPress Themes and plugins.

Fransa prezidenti Emmanuel Makron və İran prezidenti Həsən Ruhani arasında telefon danışığı olub.

Bu barədə Yelisey sarayının yaydığı məlumatda bildirilir.

Məlumata görə, tərəflər İranın nüvə proqramı üzrə sazişin gələcəyini müzakirə ediblər. Fransa prezidenti bir daha bildirib ki, razılaşma qüvvədə qalmalıdır. Tərəflər həmçinin Suriya və Yəməndəki vəziyyəti müzakirə ediblər.

 İranın nüvə proqramı üzrə Hərtərəfli Birgə Fəaliyyət Planı 2015-ci ilin iyul ayında İran və “altılıq ölkələri” – Almaniya, Böyük Britaniya, Fransa, Çin, Rusiya və ABŞ arasında qəbul edilib. İyulun 20-də plan BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilib. Razılaşmaya əsasən, İran nüvə silahının əldə edilməsindən imtina edir, qarşılığında isə sanksiyalar tədricən ləğv edilir.

2017-ci ildə ABŞ prezidenti Donald Tramp İranla bağlı yeni strategiyanı elan edib. D.Tramp İranı terrorun maliyyələşdirilməsində ittiham edib, rəsmi Tehranın nüvə razılaşmasının müddəalarını pozduğunu söyləyib. ABŞ prezidenti bildirib ki, Ağ Ev razılaşmada yer alan nöqsanları aradan qaldırmaq üçün Konqreslə birlikdə çalışacaq. Bununla belə, Tramp gələcəkdə razılaşmanın pozulmasını istisna etməyib. //apa

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar