Fransada qələbəni qeyd edərkən 2 nəfər ölüb - VİDEO

Fransada qələbəni qeyd edərkən 2 nəfər ölüb – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Fransada milli komandanın futbol üzrə dünya çempionatındakı qələbəsini qeyd etdiyi vaxt 2 nəfər ölüb, ağır yaralılar var. 

“A24.az”ın “Le Monde” nəşrinə istinadən verdiyi məlumata görə, Ansi şəhərində 42 yaşlı kişi sevincdən özünü suyun səviyyəsi aşağı olan kanala atıb. Nəticədə başı yerə dəyən fanat dünyasını dəyişib.

Ölümlə nəticələnən digər insident Sen-Feliksdə baş verib. Həmin şəhərdə kişi maşınını divara çırpıb.

Bundan başqa, Sen-Jeuarda bir qadın dostları ilə traktorla dolaşdığı vaxt yerə yıxılıb. O, nəqliyyat vasitəsinin təkərləri altında qalıb. Hazırda xanım fanatın vəziyyəti kritikdir.

Fruarda isə 3 – 6 yaşlı 3 uşaq motosiklet zərbəsindən sonra ciddi zərbə alıb.

Qeyd edək ki, Fransa yığması Rusiyadakı mundialın finalında Xorvatiyaya 4:2 hesabı ilə qalib gələrək, ikiqat dünya çempionu olub.

Report.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar