Fransadan ABŞ-a cavab: Eyni mədəniyyət modelinə malik deyilik

Fransadan ABŞ-a cavab: Eyni mədəniyyət modelinə malik deyilik
Want create site? Find Free WordPress Themes and plugins.

Fransa Hökumət Sözçüsü Benjamin Griveaux, ölkəyə qeyri-qanuni yollarla girərkən sərhəddə yaxalanan uşaqları valideynlərindən ayıran ABŞ rəhbərliyi üçün, “Eyni sivilizasiya modelinə malik deyilik. Məlumdur ki, bəzi dəyərləri də bölüşmürük”, – deyə bildirib.

A24.Az xarici mediaya istinadən xəbər verir ki, Griveaux France 2 televiziya kanalında etdiyi açıqlamasında, ABŞ-ın Meksika sərhədindən daxil olan qaçqınların nəzarətə alaraq, uşaqları ailələrindən alıb düşərgələrə yerləşdirilməsini şərh edib. “Eyni sivilizasiya modelinə malik deyilik. Bəllidir ki, bəzi dəyərləri də bölüşmürük”, – ifadəsini işlədən Griveaux, uşaqların qaldığı obyektlərin görüntülərinin şok edici olduğunu bildirdi.

Griveaux, ABŞ-da baş verənlərin Avropada baş verməsini istəmədiyini söyləyərək, populizmə qarşı Avropa həmrəyliyini müdafiə etdiyini qeyd edib.

Orxan Aslanlı // A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar