Fuad Poladovun ölüm xəbərini eşidən Rasim Balayevin ayaqları tutuldu

Fuad Poladovun ölüm xəbərini eşidən Rasim Balayevin ayaqları tutuldu
Want create site? Find Free WordPress Themes and plugins.

Fuadın oğluna zəng etmişəm ki, gəlib məni aparsın. Bu xəbərdən sonra özümdə güc tapa bilmirəm ki, durub yanına gedim Fuadın. Ayaqlarım yer tutmur.

A24.Az xəbər verir ki, bu sözləri kult.az-a Xalq artisti Rasim Balayev yaxın dostu və səhnə yoldaşı, Xalq artisti Fuad Poladovun ölüm xəbəri ilə bağlı danışarkən deyib.

R.Balayev bildirib ki, xəbəri eşidəndən özünə gələ bilmir:

“Xəbəri eşidəndən oturduğum yerdən dura bilməmişəm. Ağrılarım da artdı. İynə vurdurdum ki, özümə gəlim. Oğluna zəng etdim ki, gəlib məni aparsın Fuadın yanına. Özümdə güc tapa bilmədim”.

R.Balayev F.Poladovla sonuncu söhbətlərindən də danışıb:

“Biz həmişə tez-tez danışırdıq. Xəstəliyindən sonra da danışırdıq. Son 1-2 ay idi zənglərimə cavab vermirdi. Ancaq sonra mesajla yazdı ki, səsim batıb artıq, danışmaq istəmirəm. Mən də zəng etmirdim ki, incitməyim onu. Elə mesajla danışırdıq. Axırıncı dəfə 2-3 gün qabaq danışmışdıq. Görüşməyi isə qəbul etmirdi. Heç qohumlarını da evə buraxmırdı. İstəmirdi kimsə onu xəstə yatağında görsün.

Fuad, yerin həmişə görünüb, yenə də görünəcək. Allah sənə rəhmət etsin, dostum”.

Qeyd edək ki, Azərbaycanın xalq artisti Fuad Poladov uzun sürən ağır xəstəlikdən sonra bu gün dünyasını dəyişib.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə, Şou-biznes
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar