Futbol üzrə Avropa Liqasında final mərhələsinin ilk oyunları keçirilib

Futbol üzrə Avropa Liqasında final mərhələsinin ilk oyunları keçirilib
Want create site? Find Free WordPress Themes and plugins.

 Futbol üzrə Avropa Liqasında ¼ final mərhələsinin ilk oyunları keçirilib.

İngiltərənin “Arsenal” klubu doğma azarkeşlər önündə Rusiyanın MOİK (Moskva) komandasını darmadağın edib – 4:1.

Bu görüşdə 5 qolun hamısı ilk yarıda vurulub. Meydan sahiblərindən Aron Remzi və Aleksandr Lyakazett “dubl” edibsə, qonaq kollektivdən Aleksandr Qolovin fərqlənib.

“Qarabağ”ın Çempionlar Liqasındakı sabiq rəqibi “Atletiko Madrid” evdə Portuqaliyanın “Sportinq” komandası üzərində inamlı qələbə qazanıb. Bu görüşdə də hər iki qol ilk yarıda vurulub. Hesabı hələ 1-ci dəqiqədə Koke açıb. 40-cı dəqiqədə isə Antuan Qrizmann yekun nəticəni müəyyənləşdirib – 2:0.

Almaniya “Leyptsiq”i Fransa “Marsel”ini ilk yarının uzatma dəqiqəsində Timo Vernerin qolu ilə məğlub edib.

İtaliyanın “Latsio” klubu isə Avropa Liqasının sensasiyalı klubu Avstriyanın “Zalsburq” komandası ilə qarşılaşıb. Tərəflər ilk yarını 1:1 hesablı heç-heçə ilə başa vursalar da, fasilədən sonra qapılara 4 qol vurulub. Bunlardan 3-ü 6 dəqiqə ərzində gerçəkləşib.

Avropa Liqası

1/4 final (ilk oyunlar)

5 aprel

23:05. “Arsenal” (İngiltərə) – MOİK (Rusiya) – 4:1

Qollar: Aron Remzi, 9; 28. Aleksandr Lyakazett, 23-penalti ilə; 35 – Aleksandr Qolovin, 15

23:05. “Atletiko” (İspaniya) – “Sportinq” (Portuqaliya) – 2:0

Qollar: Koke, 1. Antuan Qrizmann, 40

23:05. “Latsio” (İtaliya) – “Zalsburq” (Avstriya) – 4:2

Qol: Senan Luliç, 8. Marko Parolo, 49. Filipe Anderson, 74. Çiro İmmobile, 76 – Valon Berişa, 29-penalti ilə. Takumi Minamino, 71

23:05. “Leyptsiq” (Almaniya) – “Marsel” (Fransa) – 1:0

Qol: Timo Verner, 45+1

Qeyd edək ki, cavab görüşləri aprelin 12-də keçiriləcək.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
İdman
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar