A24 Xeber

Futbol üzrə Avropa Liqasında ilk finalçı müəyyənləşdi

Futbol üzrə Avropa Liqasında ilk finalçı müəyyənləşdi
16
04 May 2018 - 1:23

Futbol üzrə Avropa Liqasında ilk finalçı müəyyənləşib.

Bu, İspaniyanın “Atletiko” klubudur.

Madrid komandası yarımfinal mərhələsində İngiltərə “Arsenal”ını mübarizədən kənarlaşdırıb. Səfər qarşılaşmasında 1:1 hesablı heç-heçəyə nail olan İspaniya təmsilçisi evdə qələbə qazanıb – 1:0. Yeganə qolu ilk yarının uzatma dəqiqələrində Dieqo Kosta vurub.

Cavab görüşündə “Atletiko”nun baş məşqçisi Dieqo Simeone cəza üzündən texniki zonada yox, tribunada yer alıb. “Arsenal” isə mövsümün sonunda komandadan ayrılacaq baş məşqçi Arsen Vengerin rəhbərliyi altında avrokuboklarda son matçını keçirib.

Qeyd edək ki, “Atletiko”nun finaldakı rəqibi hazırda davam edən “Zaltsburq” (Avstriya) – “Marsel” (Fransa) görüşünün yekununa əsasən müəyyənləşəcək. “Zaltsburq” səfərdəki 0:2 hesablı məğlubiyyətin qarşılığında evdə 2 cavabsız qol vurmağa müvəffəq olduğundan, matç əlavə vaxta uzanıb.

Avropa Liqası, yarımfinal, cavab oyunları

3 may

23:05. “Atletiko” (İspaniya) – “Arsenal” (İngiltərə) – 1:0

Qol: Dieqo Kosta, 45+2

Baş hakim: Canluka Rokki (İtaliya)

Qeyd edək ki, final matçı mayın 16-da Fransanın Lion şəhərindəki eyniadlı stadionda keçiriləcək.

A24.Az

 

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00