Futbol üzrə milli komandamız Almaniya yığmasını qəbul etdi

Futbol üzrə milli komandamız Almaniya yığmasını qəbul etdi
Want create site? Find Free WordPress Themes and plugins.

Bu gün futbol üzrə Azərbaycan milli komandasının 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsində növbəti oyunu baş tutub.

A24.Az xəbər verir ki, millimiz Tofiq Bəhramov adına Respublika stadionunda Almaniya yığması ilə üz-üzə gəlib. 19-cu dəqiqədə rəqib futbolçu Andre Şürle hesabı açıb. Oyunun 33-cü dəqiqəsində komandamızın hücumçusu Dmitriy Nazarov  bərabərlik qolunu vurub. 1-1
Bundan 3 dəqiqə sonra Tomas Müller komandasını yenidən önə keçirir. İlk hissənin bitməsinə 1 dəqiqə qalmış Mariya Qomes komandasının 3-cü qolunu qapımızdan keçirib. İkinci hissə də üstün tərəf Almaniya olub.
Oyunun 81-ci dəqiqəsində Andre Şürle dubl edərək hesab arasındakı fərqi 3-ə çatdırıb.
Qarşılaşmada 1-4 hesabı ilə Almaniya yığması qalib gəlib.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, İdman
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar