Futbolçu bütün kəndin kredit borcunu ödədi

Futbolçu bütün kəndin kredit borcunu ödədi
Want create site? Find Free WordPress Themes and plugins.

2018-ci il dünya çempionatında ikinci yeri tutan Xorvatiya millisinin futbolçusu Ante Rebiç doğma kəndi olan İmotski sakinlərinin kredit borclarını bağlayıb.

Bu barədə 24 yaşlı hücumçunun sabiq komanda yoldaşı Lovro Sindik bildirib. Sindik bunun mundialdan öncə baş verdiyini söyləyib: “Rebiç Split yaxınlığındakı kiçik kənddə böyüyüb. 19 yaşında “Fiorentina”ya getməsinə baxmayaraq, heç vaxt soykökünü unutmayıb. O, bir dəfə kəndin bütün 500 sakininin kredit borcunu bağlayıb”.

Qeyd edək ki, Ante Rebiç karyerası ərzində vətənində “Split”, İtaliyada “Fiorentina” ilə “Verona”, Almaniyada isə “Leyptsiq” klublarında çıxış edib. O, hazırda “Ayntraxt”ın formasını geyinir və mundialdakı çıxışı ilə bir sıra aparıcı klubların diqqət mərkəzinə düşüb.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, İdman
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar