Futbolçunun xanımı Nərminin gözəlliyini geri qaytaracaq - FOTO - VİDEO

Futbolçunun xanımı Nərminin gözəlliyini geri qaytaracaq – FOTO – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Məşhur rusiyalı futbolçu Pavel Poqrebnykanın həyat yoldaşı Mariya Poqrebnyak üzü yanmış azərbaycanlı Nərminə kömək məqsədilə plastik cərraha müraciət edib.

“A24.az” xəbər verir ki, futbolçunun həyat yoldaşı öz “İnstagram” səhifəsinə Nərminlə fotosunu yerləşdirib.

Qadının sözlərinə görə, o, Moskvanın ən yaxşı plastik cərrahlarının konsiliumunda iştirak edib. O, cərrahların gənc azərbaycanlı qadının gözəlliyini geri qaytarmaq üçün plastik əməliyyat məsuliyyətini üzərinə götürməkdən imtina etməsinə təəccüb edib.

“İnsanlar, özünüzə gəlin! Biz sinəmizə implant qoyuruq, burunu sındırıb düzəldirik, yağları çəkirik, qabırğaları çıxarırıq. Niyə? Plastik cərrahiyə bunun üçün yaranmayıb. Biz doktor Alyona ilə qərara aldıq ki, bu məsuliyyəti üzərimizə götürək və bu qıza “hə” deyək”, – deyə, Mariya Poqrebnyak yazıb.

O, qeyd edib ki, stomatoloqdan tutmuş plastik cərraha qədər Nərmin üçün böyük həcmli iş tələb olunur. Poqrebnyak qərara alıb ki, əməliyyat üçün pul yığmasın, əvəzində isə aprelin 22-23-də qıza kömək edə biləcək həkimləri konsiliuma dəvət etsin.

Qeyd edək ki, Nərmin stilist Anar Ağakişiyevin layihəsində iştirak edəndən sonra məşhurlaşıb.

Onun iştirakı ilə çəkilmiş videoya 5 milyon baxış olub. Bundan sonra çox adam qıza kömək etmək üçün müraciət edib.

Oxu.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Sağlamlıq, Foto xəbər, Video Xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar