A24 Xeber

Futbolun vaxtı dəyişdi

Futbolun vaxtı dəyişdi
576
26 Mart 2017 - 18:29

Bu gün səhərdən etibarən Azərbaycanla Avropa arasında saat fərqi yenidən 2-yə enib.

A24.Az xəbər verir ki, ötən ildən Azərbaycanda yay və qış vaxtına keçid ləğv olunduğundan bugündən əqrəb 1 saat irəli çəkilməyib.

Bu səbəbdən martın 26-sı səhərdən başlayaraq, oktyabrın sonuncu bazar gününə qədər Avropa ölkələri ilə Azərbaycan arasında 2 saatlıq fərq olacaq. Bu isə o deməkdir ki, mühüm futbol oyunlarının başlama saatı da dəyişəcək.
Məsələn, UEFA Çempionlar Liqasının matçları mart-oktyabr aylarında Bakı vaxtı ilə əvvəlkitək saat 23.45-də deyil, 22.45-də, Avropa Liqasının görüşləri saat 22.00 və 00.05-də yox, 21.00 və 23.05-də başlanacaq.
Azərbaycanda yay və qış vaxtına keçid ləğv edildiyindən DÇ-2018-in bugünkü bəzi oyunları da 23.45-də deyil, Bakı vaxtı ilə saat 22.45-də başlanacaq. (qol.az)

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00