Füzulidə top mərmisi tapıldı

Füzulidə top mərmisi tapıldı
Want create site? Find Free WordPress Themes and plugins.

 Bu gün Daxili İşlər Nazirliyinin (DİN) ″102″ Xidməti-Zəng mərkəzi sistemindən ANAMA-ya Füzuli rayonunun Kürdmahmudlu kəndi ərazisində 1 ədəd partlamamış hərbi sursatın tapılması barədə məlumat daxil olub.

A24.Az xəbər verir ki, məlumata əsasən, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Füzuli rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Yuxarıda adı qeyd olunmuş ərazidəki əkin sahəsinə baxış zamanı aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 1 ədəd 23 mm-lik zenit top mərmisi (OFZ) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunmuş mərminin ətrafında 400 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar