G-7 sammitində gərginlik – Tramp küncə sıxışdırıldı – FOTO

G-7 sammitində gərginlik – Tramp küncə sıxışdırıldı – FOTO
Want create site? Find Free WordPress Themes and plugins.

Bu il G-7 zirvə sammitində ABŞ prezidenti Trampa qarşı 6 ölkənin etirazı gündəmə damğa vurub.

“A24.az” bildirir ki, bu il Kanadanın ev sahibliyi etdiyi G-7 sammiti gərgin anlarla yadda qalıb. Çünki sammit baş tutmazdan əvvəl hələ zirvədə iştirak edən ölkə liderlərinin bir-biriləri haqqında verdikləri açıqlamalar aralarında gərginliyi daha da artırmışdı.

Belə ki, Fransa prezidenti Emmanuel Makron G-7 sammitinin ABŞ-sız da davam edə biləcəyini bildirərək Trama qarşı sərt çıxış edib.

Daha sonra bir araya gələn liderin gündəm olan məsələsi ABŞ-ın gömrük vergilərini artırması olub. Avropa ölkələri bundan əvvəl də Trampın bu qərarına sərt şəkildə etiraz etmişdi.

Lakin G-7 sammiti zamanı yaşanan gərginliyi təsvir edən şəkil isə dünya mediasına gündəm olub. Şəkildə Merkel Trampa dərdini danışmağa çalışır. Tramp isə soyuqqanlı bir şəkildə öz kürsüsündə oturub və sanki bütün deyilənlərin sadəcə bəhanə olduğunu bildirir.

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm, Dünya, Siyasət, Foto xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar